DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb

DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.

Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə