Oyuncaqlar uşaq psixologiyasına necə təsir edir? - PSİXOLOQ BİLDİRDİ
“Oyun və oyuncaqlar uşağın inkişafı üçün çox önəmli yer tutur. Uşaq oyun oynarkən nələrisə kəşf edər, nitqi, ünsiyyəti formalaşar, diqqəti, yaddaşı, zəka səviyyəsi, hissləri artar, inkişaf edər”. Bu sözləri SİA-ya açıqlamasında uşaq psixoloq Tahiba Quliyeva bildirib.

Onun sözlərinə görə, uşaqlar oyun oynarkən özlərini ifadə edərlər: “Bəzən biz psixoloqlar oyun vasitəsilə uşağı və onun şüuraltını aşkarlayırıq. Adi vaxt ifadə edə bilmədiklərini oyun ilə ifadə edər. Hər bir yaş dövrünün öz oyuncaq seçimi var. Körpə uşaqların diqqətini səsli və rəngarəng oyuncaqlar ilə toplaya bilərsiniz. Körpə uşaqlarda oyuncaqlar uşağın həm də kiçik motorikasını dəstəkləməlidir. Bundan başqa uşaqların seçimi bəzən bahalı maşın, gəlincik, ev, heyvan fiqurları ola bilər, bəzən isə evdə sizin işlətdiyiniz tava, qazan-qapaq, qaşıq və ya sizin geyimləriniz onun diqqətini çəkər. Bunlar hamısı onun inkişafına dəstəkdir. Lakin burada bir məqama diqqət çəkmək istərdim. İstər öz oyuncaqları ilə, istərsə də evdəki əşyalarla oynayarkən uşağın oyuncaqla necə oynadığına diqqət etmək lazımdır. Məsələn, uşaq saatlarla eyni oyuncaqla oynayırsa, maraq dairəsi məhduddursa, fırlanan cisimlərə meyil edirsə və ya oynadığı oyuncaqları, əşyaları( qazan qapağı, maşın təkəri və s.) fırladırsa, hər bir şeyi sıralayırsa, oyun oynayarkən heç kimlə oynamırsa və s. bu zaman gecikdirmədən mütləq bir psixolqa müraciət etməlisiniz. Su və qum da uşağın inkişafı üçün önəmli yer tutur, onun inkişafını dəstəkləyir, özünü və ətrafı dərk etməsinə, sosial çevrə yaratmağına, ünsiyyətinin inkişafına, sakitləşməsinə səbəb olur. Oyuncaq seçərkən uşağın yaşı və inkişafı nəzərə alınmalıdır. Aldığınız oyuncaqlar çox yönlü olmalıdır ki, uşaq onu kəşf etdikcə daha çox şey öyrənə bilsin. Kəskin səsli, aqressiv görünüşü olan oyuncaqlar uşağınızda əsəbilik, aqressiya, vurma davranışı yaradacaq. Bunun üçün oyuncaq seçimi vacib məsələlərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB