“Son vaxtlar Milli Məclisdə sosial məsələlərlə bağlı məsələ qaldırılır, ancaq onlara cavab verilmir”. SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat təklif edib ki, spiker Sahibə Qafarovanın və müvafiq komitələrin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirilsin.
S.Qafarova deyib ki, bununla bağlı bir neçə dəfə görüş keçirilib: “Bu məsələyə baxarıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB