"Qəzet kağızı ƏDV-dən azad olunub, amma..." - DEPUTAT

"Qəzet kağızı ƏDV-dən azad olunub, amma..." - DEPUTAT

“Nəşriyyatlar can verir, qəzet kağızına dair ƏDV-nin azad olunması ilə bağlı qərar verilsə də, Nazirlər Kabineti bu barədə qərarı rəsmiləşdirib Gömrük Komitəsinə göndərmir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Aqil Abbas deyib.

Onun sözlərinə görə, qəzetlər artıq ölüb: “Çünki o bahalıqda qəzet, kitab buraxmaq möcüzədir. Bu məsələ həll olunmalıdır. Baş nazir Əli Əsədov bu məsələyə diqqət yetirməlidir. Dünyada ən az kitab oxuyan millətik”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın azərbaycanlıların kitab oxumamasına dair fikri ilə razılaşmayıb: “Belə bir statistika sizdə haradandır? Kitab oxumaq istəyən həmişə oxuyur”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə