Bu gün Heydər Əliyev Fondu öz fəaliyyətini uğurla və müvəffəqiyyətlə davam etdirir - DEPUTAT AÇIQLADI

Bu gün Heydər Əliyev Fondu öz fəaliyyətini uğurla və müvəffəqiyyətlə davam etdirir - DEPUTAT AÇIQLADI

"Heydər Əliyev Fondu həmişə Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində xüsusi rol oynayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin inkişafına hər zaman öz töhfələrini verib: "Hesab edirəm ki, biz Azərbaycan mədəniyyətinə, mənəvi inkişafına baxanda Heydər Əliyev Fondunun dərin izlərini açıq aydın görürük. Heydər Əliyev Fondu bu gün öz fəaliyyətini Qarabağda uğurla davam etdirir. Tarixi binaların, məscidlərin, milli-mənəvi dəyərlərimizin, mədəniyyət abidələrimizin qorunmasına Heydər Əliyev Fondunun xüsusi yeri və rolu var. Artıq bu gün Qarabağ inkişaf etmiş bölgəyə və əraziyə çevrilib. Bu gün Heydər Əliyev Fondu Azərbaycan tarixində və mədəniyyətində öz aktiv rolunu oynayır. Hər zaman olduğu kimi bu gün də Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təbliğatçısı kimi öz fəaliyyətini uğurla və müvəffəqiyyətlə davam etdirir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə