Ermənistanda hərbi qulluqçu Argişti Yeqyan intihar edib. SİA xəbər verir ki, Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə başlanmış cinayət işi çərçivəsində çağırışçı əsgər Argişti Yeqyanın ölüm hallarının aydınlaşdırılması istiqamətində istintaq və digər prosessual hərəkətlər həyata keçirilir.
İlkin məlumatlara görə, 2022-ci il mayın 11-də saat 10:15 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Argişti Yeqyan döyüş postunda xidməti silahdan sinə nahiyyəsinə atəş açaraq intihar edib. Bu barədə Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı ilkin araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB