Rənglər insan xarakterini 100 faiz təyin etməyə imkan vermir - PSİXOLOQ AÇIQLADI
“Rənglərin xarakterində, dünyagörüşündə önəmli daşıdığına görə müxtəlif fikirlər var. Ümumilikdə insanın xarakterini, davranışlarını rənglərə görə təyin etmək 100 faiz olaraq doğru deyil”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, çünki müəyyən rəngləri seçmək, bəyənmək, istifadə etmək onların yaşları ilə də bağlıdır: “Bundan əlavə rənglər insanın əhval-ruhiyyəsi ilə də sıx bağlıdır. Lakin bu rənglərin xarakterlə əlaqələndirilməsi tam bir elm olaraq qəbul olunmayıb. Rənglə bir insan haqqında dəqiq şəkildə çox şey demək mümkün deyil. Müxtəlif istiqamətlərdə müəyyən məlumatlar vermək olar. Rənglər əsasən insanların psixoloji durumu ilə bağlıdır.
Lakin rənglərə görə insanın ümumi xarakterini müəyyənləşdirmək çətindir. Rənglər özünü sadəcə 10-20 faiz doğrulda bilər.
Rənglərin psixologiyaya təsiri ilə bağlı da müəyyən mülahizələr var. Amma bu fikirlər də psixologiyada tam təstiqini tapmayıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər kəs rəngləri eyni cür görmür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB