Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 12 may 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA-nın verdiyi məlumata görə, qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə