“Alzeymer beyin hüceyrələrinin mütəmadi parçalanması və zədələnməsi nəticəsində, müəyyən yaşla əlaqədar olaraq ortaya çıxan nevroloji problemdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bu xəstələr əsasən müəyyən mənada yaddaş pozuntusundan, davranışlarında yaranan müəyyən problemlərdən əziyyət çəkirlər: “Bu xəstəlik özünü müəyyən bir yaşdan sonra göstərir. Qeyri-adekvat hərəkətlər, danışıqlar ümumiyyətlə qısa bir müddət ərzində baş verənlərin xatırlanması zamanı çəkilən əziyyət bu xəstəliyin əsas göstəriciləridir. Bu xəsətəliyin pəncəsinə düşən insanlara xüsusi diqqət, qayğı göstərilməsi tələb olunur. Yaşlı insanlara daha çox xarakterik olan bu xəstəlik get-gedə vüsət aldığından onlarla daha diqqətli olmalı və hər biri addımında onlarla birgə məsuliyyət daşımaq lazımdır. Çünki bir çox hallarda bu şəxslər qeyri-adekvat hərəkətlərə də yol verə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB