Səhər saatlarında kofe içmək ZİYANDIR? - DİQQƏT! - EKSPERT AÇIQLADI

Səhər saatlarında kofe içmək ZİYANDIR? - DİQQƏT! - EKSPERT AÇIQLADI

"Kofenin tərkibində kofein maddəsi mövcud olduğu üçün səhərlər kofe içdiyimiz zaman kofein qana qarışaraq beyinə çatır". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bu, insanlarda yuxusuzluğu aradan qaldırır, gün ərzində insanın gümrah hiss etməsinə səbəb olur: "İnsanları enerji ilə təmin edir. Gün ərzində normal həddi aşmayaraq 4 fincan yə ya 5 fincan kofe istehlak etmək olar. Lakin bunun da bir neçə qaydası var. Bu miqdarda kofe ishehlak edən insan sağlam olmalıdır. Onu da qeyd edim ki, kofe yatmazdan 3-4 saat əvvəl istifadə edilməlidir. Yatana yaxın kofe istifadə etmək olmaz. Çünki yuxu rejmi pozulur. Axşam vaxtı yuxu rejminin pozulması isə səhər yorğun olmağımıza səbəb olur. Ona görə də axşam vaxtı kofe istehlak etmək məqsədə uyğun deyil.

Qan təzyiqindən, ürək qan-damar xəstəliyindən və ürək aritmiyasından əziyyət çəkən insanlara kofe içmək olmaz. Bu onlar üçün çox ziyanlıdır. Həmçinin yuxu pozuntusu çəkən insanların da kofedən istifadə etməsi məsləhətli deyil. Ən yaxşı halda kofe gündə 3 dəfə istehlak edilsə daha yaxşı olar. Həddən artıq kofe istehlak etmək ziyandır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə