Bu gün may ayının 10-da Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Qaradağ gəncləri arasında futbol yarışı başa çatıb.
Turnirin final görüşündə Qaradağ Gənclər Evinin və Peşə Liseyinin komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsində keçən görüşün əsas və əlavə vaxtlarında qalibi müəyyən etmək mümkün olmayıb. Oyundan sonrakı penalti seriyalarında daha uğurlu çıxış edən Gənclər Evinin komandası baş mükafata sahib çıxıb.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndərin xatirəsinə həsr olunmuş yarışın qaliblərini təbrik edibi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB