Heydər Əliyev hər zaman biizm qəlbimizdə yaşayacaq - SORĞU

Heydər Əliyev hər zaman biizm qəlbimizdə yaşayacaq - SORĞU

Bu il Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Azərbaycan Respublikasının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirdib.

Şəhər sakini Əsədov Novruz: “Heydər Əliyev Azərbaycan dövlətinin qoruyucusudur. Dahi şəxsiyyət barəsində nə qədər xoş söz desək də azdır. Çünki o bizim bu günkü gün rahat yaşamağımız üçün əlindən gələni edib. Fikrimcə, əzrbaycan var olduqca Heydər Əliyevin amalı və ideyaları daima yaşayacaq. Biz onu hər zaman dərin hörmətlə anacayıq”.

Şəhər sakini Gülşən Əliyev: “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin tarixində dərin izlər salmış bir şəxsiyyətdir. Məhz ümummilli liderimiz sayəsində biz bu gün haqq sözümüzzü deyə bilirik. Bildiyiniz kimi Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldiyi zaman ölkəmizdə çox mürəkkəb bir dövr idi. Lakin bütün çətinliklərə baxmayaraq Ulu öndər bütün sahələrimizdə müəyyən istiqamət yaradaraq ölkədəki hərcmərcliyi aradan qaldırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi”.

Şəhər sakini Mirvari İbrahimova: “Azərbaycanın b u günkü inkişafı Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. İnanıram ki, kiçikdən-böyüyə hər kəsin qəlbində böyük taxt qurmuş dahi şəxsiyyətdir. İllər keçsə belə Heydər Əliyev unudulmayacaq və xalqımızın hər zaman qəlbində yaşayacaq”.

Şəhər sakini Natəvan Məmmədova: “Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

Şəhər sakini Yaşar Yaqubov: “ Heydər Əliyev Azərbaycan xalqı üçün bir çox işlər görüb. Bunlardan biri də Sovet İttifaqı zamanı heç bir ölkədə fəaliyyət göstərməyən Cəmşid Naxçıvanski adına hərbi liseyin açılmasıdır. Həmçinin bununla yanaşı məhz dahi şəxsiyyətin hakimiyyəti illərində bir çox gəncimizi xaricə göndəriləərk təhsil aldılar. Bütün bunların hamısı ümummilli liderimizin nə dərəcə də böyük bir şəxsiyyət oldğunu sübut edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə