Şuşa şəhərində keçirilən möhtəşəm festivalları xalqımızın qəhraman övladlarına borcluyuq - DEPUTAT ŞƏRH ETDİ

Şuşa şəhərində keçirilən möhtəşəm festivalları xalqımızın qəhraman övladlarına borcluyuq - DEPUTAT ŞƏRH ETDİ

“"Xarıbülbül" festivalı uzun zaman öncə, yəni 1989-cu ildən etibarən Şuşada keçirilirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, 44 günlük möhtəşəm Zəfərimizdən sonra möhtərəm Prezident İlham Əliyev Şuşa şəhərində və digər işğaldan azad edilmiş torpaqlarımızda bir çox tarixi abidələrin bərpasına, büstlərin, heykəllərin bərpası ilə bağlı göstərişlər vermişdir: “Təbii olaraq bunların hamısı, evlər, muzeylər bərpa olunmuşdur. Hər il Cıdır düzündə müasir nüanslarla Xarıbülbül festivalı keçirilir. Bu musiqili festivaldır və bir çox ölkələrin nümayəndələri bu festivatda iştirak edirlər. Musiqiçilər, xanəndələr bu yarışda iştirak edirlər, təbii ki, Azərbaycanı təmsil edən xanəndələrimiz də Qarabağ şikəstəsini göylərə ucaldılır.

Həmçinin Xarıbülbül festivalı çərçivəsində Xarıbülbül rəsm festivalı da keçirilir və xarıbülbül rəsmləri, maketləri sərgilənir. Şuşada və bir çox bölgələrdə bu əl işləri nümayiş etdirilib. Ümumiyyətlə Şuşamızın görməli, gəzməli yerlərində nümayiş etdirilir. Bu yaxınlarda Şuşada "Kulinariya festivalı" keçirilib və şəxsən özüm də bu festivalda iştirak etdim.

Gələlcəkdə Şuşa tam bərpa ediləcək, gözəlləşəcək. Bu gün Şuşa şəhərində keçirilən möhtəşəm festivalları xalqımızın qəhraman övladlarına borcluyuq. Onlar bizim əbədi torpaqlarımızı bizə geri qaytardılar. Xarıbülbül festivalı həm də gözəl bir xatirədir. Zəfər tariximizin xatirəsidir. Musiqinin və sənətin gücü bütün diqqətləri Şuşaya çevirəcəkdir. Cənab Prezident İlham Əliyevin də söylədiyi ki, Şuşanın dirçəlməsinin şahidi olacağıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə