YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və YAP fəalları 10 may 2022-ci il tarixdə rayonun Göytəpə şəhərində şəhid Həsənov Namiq Rasim oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB