“ASAN xidmət” mərkəzlərində Ulu Öndərə həsr olunan tədbirlər keçirilib - FOTOLAR

“ASAN xidmət” mərkəzlərində Ulu Öndərə həsr olunan tədbirlər keçirilib - FOTOLAR

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “ASAN xidmət” mərkəzləri və ASAN könüllüləri tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Ulu öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinə təşviqi məqsədi müxtəlif sərgilər, intellektual oyunlar, xeyriyyə və idman tədbirləri, ekskursiyalar və görüşlər təşkil edilib.

Qeyd edilən tədbirlər sırasında ASAN könüllüləri tərəfindən leykozdan əziyyət çəkən uşaqlar üçün təşkil edilən xeyriyyə askiyasını, Ümummilli liderin həyat və siyasi fəaliyyətinin motivləri əsasında çəkilən filmlərin izlənilməsini, Sumqayıt şəhərində yaşayan gənclər üçün ulu öndərə həsr edilən şeir və musiqilərdən ibarət musiqili tədbiri, region gəncləri arasında maarifləndirici məqsədlə həyata keçirilən intellektual oyunları xüsusi vurğulamaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə