Türkəçarələr insan sağlamlığına zərər verir? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
“Müasir dildə ”türkəçarə” inteqrativ tibb və yaxud da kimyəvi maddələrsiz müalicə də adlanır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, türkəçarələrin insanlara ziyanı yoxdur: “Lakin bəzi otlar var ki, onları tanımadan və bilmədən mütəmadi olaraq qəbul etmək insanların sağlamlığına fəsad verə bilər. Məhz bunun üçün də hər hansı bir xəstəliyi aradan qaldırmaq üçün müalicəvi bitkilərdən istifadə edərkən bu işin mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Misal olaraq kəklikotuda xeyli miqdarda efir yağı mövcuddur. Buna görə də kəklikotu ilə çay dəmləməmişdən qabaq onu qurutmaq lazımdır. Ancaq bəzi insanlar var ki, təzə kəklikotunu çaya atan zaman daha xeyirli olduğunu düşünür. Lakin bu, tamamilə yanlış düşüncədir. Kəklikotu misal üçün souzlara vurularsa, effektini başqa cür verir. Yəni bu bitki yeməklərdə və çayda özünü tamam başqa cür büruzə verir. Bunun üçün də insanlar hər hansı bir müalicə etmək istəyirlərsə, mütləq şəkildə işin peşəkarından məsləhətlər almalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB