Media rəhbəri hücuma məruz qalan jurnalistlə bağlı danışdı

Media rəhbəri hücuma məruz qalan jurnalistlə bağlı danışdı

"Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir". SİA xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb: "Bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə