BNA yeni formada fəaliyyətə başlayacaq

BNA yeni formada fəaliyyətə başlayacaq

Bakı Nəqliyyat Agentliyi artıq yeni formada fəaliyyətə başlayacaq.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir:

"Təbii ki, vaxt lazımdır. Artıq yeni qərarqəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, - E.Əzizov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə