Heydər Əliyevin xatirəsinə həsr edilmiş VII atıcılıq turnirinə start verilib - YENİLƏNİR
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş VII atıcılıq turnirinə start verib. SİA xəbər verir ki, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.
Turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kubok və diplomu ilə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB