Yeniyetmələr arasında aqressiyanın artmasının səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

Yeniyetmələr arasında aqressiyanın artmasının səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

"İndiki dövrdə uşaqlar və yeniyetmələr arasında aqressiyanın artdığının şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu, əsasən məktəblərdə özünü büruzə verir: "Çünki uşaqlar və yeniyetmələr məktəb və ailə arasında olurlar: "Bu səbəbdən ictimai yerdə yəni məktəbdə onların aqresiyasının üzə çıxması alt şüurda olan problemlərin olduğunu işarə edir. Ümumilikdə bu gün nəinki uşaqlarda və ya yeniyetmələrdə bütün cəmiyyətdə aqressiya var. Bu gün aqressiyadan əziyyət çəkən insanlar əsasən özlərindən daha zəif insanlara öz aqressiyalarını tökürlər. Ailədə əziyyət çəkən, təzyiq altında qalan uşaqların öz aqressiyalarını da məktəbdə ya öz yaşıdlarına və ya müəllimlərə göstərmələri normaldır. Burada məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Hər il qəbul imtahanından sonra yeniyetmələr arasında intihar halları artır. Bu hal dalğavari şəkildə hər il artmaqdadır. Artıq həyacan təbili çalınmalıdır. Bu məsələ ilə bağlı ciddi şəkildə ailələr övladları ilə işləməlidir. Ailə ilə uşaq arasında olan psixoloji alyans bərpa edilməlidir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə