“Documood” MMC Azərbaycanda rəqəmsal müqavilələrin onlayn platformada bağlanılmasını həyata keçirən ilk startapçıdır”. Bunu SİA-ya açıqlamasında şirkətin rəhbəri Səbuhi Kazımzadə bildirib. Səbuhi Kazımzadənin sözlərinə görə,
bu platformanın yaradılması üçün ona İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Startap” şəhadətnaməsi təqdim edib: “KOBİA-nın bu dəstəyini dövlətin sahibkarlığın inkişafına göstərdiyi ən böyük qayğılardan biridir. “Startap” şəhadətnaməsinin alınması “Documood” MMC üçün uğurun ən əsas başlanğıcdır”.
“Documood”un uğurlu işlərə imza atması demək olar ki, bu şəhadətnamənin alınmasından sonra başladı” deyən S.Kazımzadə əlavə edib ki, “Startap” şəhadətnaməsi alındıqdan sonra onlayn platforma təkmil formada hazırlanaraq istifadəyə verilib: “Artıq 200-ə yaxın sahibkar “Documood”un onlayn platformasında qeydiyyatdan keçib. Platformaya qoşulan sahibkarların sayı getdikcə artır. Zaman keçdikcə daha çox sahibkar anlayır ki, müqavilələrin onlayn imzalanması kağız, fayl, zərf, ofis ləvazimatları, kuryer xidmətlərinə sərf edilən xərclərin azalmasına imkan verir. Digər tərəfdən, onlayn müqavilənin hüquqi qüvvəsi var. Azərbaycan qanunvericiliyi müqavilələrin onlayn qaydada bağlanılmasına icazə verir. “Elektron imza və elektron sənəd haqqında” qanununun 3-cü maddəsinin 3.2 və 3.3-cü bəndlərinə görə, gücləndirilmiş imza, yəni asan imza (mobil imza) və elektron imza (e-imza) şəxsin kağız daşıyıcı üzərindəki, möhürlə təsdiq edilmiş imzasına bərabər tutulur. Onlayn platformaları hesabına sahibkarlar kağız formada bağladıqları müqavilələri asan imzaları vasitəsilə onlayn platformada imzalaya, bir-birlərinə göndərə bilirlər. Biz üçüncü tərəf olaraq, heç bir müqaviləni görmürük, müqavilələri yalnız iki tərəf görür. Bu da sistemin təhlükəsizliyinin təmin edilməsi deməkdir”.
S.Kazımzadə əlavə edib ki, KOB subyekti olaraq, “Startap” şəhadətnaməsi sayəsində 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər. “Documood” MMC üç il ərzində onlayn platformanın daha da genişləndirilməsini, marketinq-reklam büdcəsinin artırılmasını özü üçün ən əsas hədəf kimi müəyyənləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB