Türkiyəyə göndərilən qazilərimiz vətənə qayıdıb - FOTOLAR

Türkiyəyə göndərilən qazilərimiz vətənə qayıdıb - FOTOLAR

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb:

1. Alxasov Camal İlqar oğlu
2. İskəndərli Elnur Zöhrab oğlu

SİA xəbər verir ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə