Kartofda zərərli maddələrin olduğunu hardan bilməliyik? - AİB-İN SƏDRİ AÇIQLADI
Bir çox kənd təsərrüfatı məhsullarında və o cümlədən də kartofun yetişdirilməsində nitrat kübrələrindən geniş istifadə olunur. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, zərərvericiləri məhv etmək üçün bir sıra maddələrdən istifadə olunur: “Onlarda torpaq və yarpaqlar vasitəsi ilə kartofun və ya hər hansısa bir bitkinin tərkibinə keçir. Lakin istehlakçı bunu gözü ilə seçə bilmir. Azad İstehlakçılar Birliyində xüsusi test var. Bu testlər vasitəsi ilə biz nitratları görə bilirik. Yalnız bu test həmin maddələri üzə çıxarır. İstehlakçı onu öz gözü ilə görüb seçə bilməz. Sadəcə olaraq deyə bilərəm ki, alıcılar böyük kartoflara üstünlük verməsinlər, daha çox içi ağ olan kartofları alsınlar. Qida Təhlükəsizlik Agentliyi qida zəncirinin bütün iştirakçılarını nəzarət altında saxlamalıdır. Qida zəncirində iştirak edən hər kəs, yəni əkən, biçən, satan, daşıyan hamı agentlikdə qeydiyyatdan keçməlidir. Lakin müşahidələr əsasında müəyyən olunub ki, qida zəncirində iştirak edən tərəflərin hamısı Qida Təhlükəsizlik Agentliyində qeydiyyatdan keçmir və bunun nəticəsində yoxlama keçirmək olmur. Biznesin ərkəsöyünlük yaratdığı bir şəraitdə yoxlayıcı orqanların əl-qolu bağlıdır. Sadəcə, ictimai təşkilat olaraq bizdə olan xüsusi test aparatı ilə hər il bazarlarda monitorinqlər aparırıq. Hələ ki, bu il kartoflar testdən keçirilməyib. Əksər hallarda kartoflarda nitratın miqdarı normadan çox çıxır. Buna görə qeyd etidyim kimi, insanlar alarkən böyük kartoflardan uzaq olsunlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB