"Qaranlıqdan Günəş İşığına" adlı tədbir keçirilib - FOTOLAR

"Qaranlıqdan Günəş İşığına" adlı tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının "Qaranlıqdan Günəş İşığına" adlı "Narkomaniyaya YOX deyək" devizi altında keçirilən tədbiri uğurla başa çatıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə təşkilatın sədri Elçin Çobanzadə, psixoloq Pərvanə Baxşalıyeva, sosioloqlar Nəriman Əmri və Elvin Məsimov, ekspert Hüseyn Hüseyn Nasir, təlimçi Adil Heydərli və məhşur video bloger Nail Kəmərli iştirak ediblər. Yekunda tədbir təşkilatçıları qərar qəbul etdilər ki, bu cür tədbirlər məqsədə uyğundu və ənənə halı almalıdır. Tədbirin tərəfdaşları El-1 idman liqasıdır.

Qeyd edək ki, tədbir Xətai rayonunda yerləşən 204,264,171 saylı orta məktəblərdə, o cümlədən Bakı Mühəndislik Universitetində, idman zallarının birində və yekun olaraq Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkında aksiya ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə