Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib - FOTOLAR

Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib - FOTOLAR

Nizami rayonunda məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidənqurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonda həyata keçirilən tədbirlər çərçivəsində Tofiq Abbasov küçəsi 37a, 39 və 39a saylı binaların həyətlərində abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə asfalt örtüyü, qazon, tamet daşı vurulub, yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri, idman qurğularıquraşdırılıb, mini stadion və şahmat meydançaları yaradılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 150 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar, gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Həyətdə yaşıllıqların suvarılması üçün su xətti, yağışsularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib və işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə