“Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi - YENİLƏNİB

Bu gün DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezidentİlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosialislahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyinivurğulayıb.

Bildirib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitindəməşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsindəidarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunub.Bu gün isə ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əməkvə məşğulluq sahəsində islahatların yeni və mühüm birmərhələsinə keçilir.

A.Əliyev yeni altsistemin tətbiqinin əmək münasibətlərindəköklü dəyişiklikləri nəzərdə tutduğunu deyib. Qeyd edib ki, ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əməkmünasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarınayeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistemvasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydadabağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əməkmünasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatlarınrəqəmsal müstəviyə keçirilməsi təmin olunur.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib.Bildirilib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini tənzimləyəcək.

İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədəinformasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir.

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə