Uşaqların gələcəklə bağlı xəyallarına sərt reaksiya vermək olmaz! - PSİXOLOQ AÇIQLADI
“Ümumiyyətlə yaşından asılı olaraq, uşağın inkişaf dönəmindən, artıq özünün mənini tanımasından başlayaraq, valideyn onunla mənəvi yaxınlıq qurmalıdır. Valideynlər valideynlik borcunu yerinə yetirdikləri üçün statusların bəzən sui-istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, uşaqlarının həyatlarını da öz istədikləri kimi qurmaq istəyirlər: “Bu zaman isə övladlarını müəyyən qəlblərə, çərçivəyə salırlar. Bu da ziddiyyətli düşüncələr yaradır. Uşaqlar bu qəlibdən çıxmaq üçün hər cür bəhanələrə əl atır, çıxış yolu axtarırlar. Nəzərə almaq lazımdır ki, uşaqlar bir yaş dönəminə qədər duyğularla yaşayır, məntiqlə deyil. Buna görə də onlar bu duyğularla böyüyürlər və onlarda müəyyən boşluqlar yaranır. Özlərini tənha hiss edirlər. Daha çox da bu hal orta və ali məktəblərdə bullinq olanlar daha çox travma almış insanlar olur.
Konfliktli ailədə yaşayanların da bütün mənfi enerjiləri onlara siraət edir və bu da onların bir insan olaraq daxillərində kabusa çevrilir. Bu daxildəki kabusu ortaya çıxarmaq üçün valideynlər birmənalı uşaqların psixologiyası ilə ciddi məşğul olmalıdırlar. Çünki bu gün uşaqlar ölüm prosesini olduqca adiləşdirib. Buna görə də övladlarının gizli kabusunu tapması üçün azyaşlı zamanından bəri onların öz dəyərlərini inkişaf etdirməli, özgüvənlərinin formalaşmasına kömək etmək lazımdır.
Eyni zamanda uşaqların ailəyə zidd olan gələcəklə bağlı plan və xəyallarına sərt reaksiyalar vermək olmaz. Çünki bu uşaqlarda həqiqətən də mənfi enerjiyə səbəb olur. Onlar bu ortamdan çıxmaq, əlavə yükdən qurtulmaq üçün hər cür bəhanələrə üz tuturlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB