Dünyada baş verən hadisələrin insan alverinə təsiri çoxdur - Siyavuş Novruzov

Dünyada baş verən hadisələrin insan alverinə təsiri çoxdur - Siyavuş Novruzov

“Dünyada baş verən hadisələrin insan alverinə təsiri çoxdur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu baxımdan da insan alverinə qarşı mübarizənin daha effektli aparılmasında müxtəlif vasitələrdən istifadə edilməlidir: “Hər bir vətəndaş bu işdə öz töhfəsini verməlidir. DİN ölkədə xeyli işlər aparır. Hesab edirəm ki, insan alverinə qarşı mübarizədə də rolu var. Birinci Qarabağ müharibəsində itkin düşüb. Onların bir hissəsi ermənilərin quldur dəstələri tərəfindən orqan mafiyalarının qurbanı olub. Doğurdan da bugünkü gündə çox çətin proseslər gedir. Bu gün ölkəyə kifayət qədər miqrant və turist gəlir. Bu hesabatı qəbul etmək olar. Hesabat çox yüksək şəkildə hazırlanıb”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə