Bu gün DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış edərək, yeni altsistem barədə məlumat verib: “Artıq müqavilələr elektron formada olacaq. Qanunvericiliyin tətbiqi ilə əmək kitabçaları, əmrlər, ştat cədvəlləri, ümumilikdə bütün bu kağız üzərində aparılan əməliyyatlar elektron forma ilə əvəzlənəcək. Burada çalışdığımız ünsiyyətin də elektron formata keçirilməsidir. Kadr axtarışında innovativ həll ortaya qoyuruq. Yeni sistem tətbiq olunduqdan sonra boş olan vakansiyalar sistemdə formalaşacaq.
Cəmiyyətimiz üçün birinci növbədə innovativ yanaşma ilə insan resurslarını yüksəldəcəyik. İşəgötürənlərin səhv etmə ehtimallarını minimuma endirməyə çalışacağıq. Eyni zamanda fiziki yoxlamaların qarşısı alınacaq və işçilərin hüquqlarının müdafiəsini də təmin etmiş olacağıq. Bizim də qarşımızda duran əsas məqsəd əmək bazarına neqativ təsirləri maksimum azaltmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB