“Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib - YENİLƏNİR

Bu gün DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli iştirak edib.

Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. Bildirilib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini tənzimləyəcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə