Yumurtanın yuyulub bişirilməsi düzgündür? - BİLMƏNİZ VACİBDİR - AİB SƏDRİ AÇIQLADI
"Quş ətləri, quşçuluq məhsulları yüksək riskli mallar siyahısındadır. Quş məhsulları əlbəttə çox tez çirklənən bir mal olduğu üçün insan həyatı üçün çox təhlükəli ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların verdiyi məlumatlar əsasında dünyada müəyyən məhdudlaşdırmalar aparılır: "Əminəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də beynəlxalq təşkilatın verdiyi tövsiyələr əsasında digər ölkələrdən quşçuluq məhsullarının idxalını məhdudlaşdırıb. Yəni müəyyən yerlərdə quş xəstəlikləri olanda ayrı-ayrı ölkələrdə onun keçirilməsinin qarşısını almaq üçün belə məhdudlaşdırılmalar aparılır. Bu çox yaxşı bir haldır ki, bu məsələlərə AQTA çox cəld reaksiyalar verir. Lakin bununla belə əhali arasında səhv bir informasiya var ki, toyuq yumurtasını yumadan saxlamaq lazımdır. Bu səhv düşüncədir. Toyuq yumurtası əldə olunan kimi onu yaxşı suda yumaq lazımdır. Hətta yaxşı olar ki, sodalı suda saxlanılsın, qısa bir müddət də təmizlənsin, qurudulsun sonra soyuducularda saxlanılsın. Toyuq yumurtasını yuyanda xarab olar fikri səhvdir.
Üstəlik toyuq dəriləri ilə çox ehtiyatlı olmaq lazımdır. Toyuq dəriləri də toyuq əti qədər çox çirklənən bir məhsuldur. Təəssüflər olsun ki, bir çox kolbasa istehsalçıları kolbasa istehsalında geniş şəbəkə ilə geniş miqdarda toyuq dərisindən istifadə edir və bunda kolbasa məlumatlarının üzərində yazılmır. Xüsusən də Rusiyadan gələn kolbasalarda problem var və bu cür mallar da insanların cəld xəstələnməsinə səbəb ola bilər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB