Ölkədə piyada keçidlərinin sayı gün-gündən artırılırsa da, bəzi vətəndaşlar bu keçidlərdən istifadə etmirlər. Vətəndaşların yol-nəqliyyat qaydalarına riayət etməməsi nəticəsində yol-qəza hadisələri baş verir.
Mövzu ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, təhlükəsizliyin təmin edilməsi üçün Bakı şəhərində 80-dən artıq yeraltı və yerüstü piyada keçidləri piyadaların istifadəsinə verilib: "Təəssüflər olsun ki, bu keçidlərdən piyadalar istifadə etmir. Nəticədə Bakı şəhəri üzrə qeyd alınan yol-nəqliyyat hadisələri sırf həmin keçidlərin yaxınlığından yəni ən azı 100-150 metr məsafəsində baş verir. Piyadalar qoyulan tələblərə əməl etməlidir ki, yol-nəqliyyat hadisələri baş verməsin. Ümumiyyətlə qeyd alınan yol-nəqliyyat hadisələrində insanların həlak olması və xəsarət alması bu gün cəmiyyətimizin hər bir üzvünü düşündürməli və bu hadisələrdən qorunmaqda cəmiyyətimizin hər bir üzvü öz fəallığını artırmalıdır. Unutmaq olmaz ki, yol-nəqliyyat hadisələrində həlak olanlar və yaxud xəsarət alanlar bizlərdən biridir. Hərəkət iştirakçısı olaraq hər kəs yol hərəkəti haqqında qanunun tələbini düzgün yerinə yetirməklə özünün təhlükəsizliyinin qayğısına qalmalıdır. Eləcə də başqa hərəkət iştirakçılarının yol-qəza hadisələrindən həyat və sağlamlığının qorunmasında fəaliyyətini artırmalıdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB