Motivasiyanızı artıracaq 5 fikir

Motivasiyanızı artıracaq 5 fikir

Gündəlik həyatınızda motivasiyanızı itirdiyiniz və heç nə etmək istəmədiyiniz vaxtlar olur və bütün işlərinizi görmək üçün kifayət qədər enerji və güc tapa bilmirsiniz. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ertələmək vərdişini aradan qaldırmaq və motivasiyanı bərpa etmək düşündüyünüz qədər çətin deyil. Sizi yenidən hərəkətə gətirəcək və motivasiyanızı artıracaq 5 fikir:

1 - Hər gün yürüş edin
Əzələlərinizi hərəkət etdirmək və işlətmək həmişə özünüzü daha yaxşı hiss etdirər. Gəzinti enerjinizi doldurmaq üçün əla bir məşq növü ola bilər. Hər gün 45 dəqiqə gəzmək həm fiziki, həm də ruhi sağlamlığınıza müsbət təsir göstərir. Gəzintini rutin halına gətirmək və bunu hər gün müntəzəm etmək də ertələmək vərdişinizdən əl çəkmənizə kömək edə bilər. Gəzinti rejiminizə sadiq qalmaq hərəkətə keçmənizi asanlaşdıracaq.

2 - Dostlarınızdan dəstək alın
Motivasiyanız aşağı olduqda və özünüzü yaxşı hiss etmədiyiniz zaman dostlarınızla vaxt keçirin. Sevdiyiniz və sizi anlayan bir dostunuzla vaxt keçirmək motivasiyanızı qorumaq üçün ən vacib addımlardan biri ola bilər.

Hər kəsin ona inanan birinə ehtiyacı var. Sizi dəstəkləyəcək bir dostunuzun olması sizi motivasiyalı olmağa təşviq edəcəkdir.

3 - Özünüzə vaxt ayırın
Günün yorğunluğundan və iş stresindən xilas olmaq üçün özünüzə vaxt ayırmalısınız. Günün müəyyən vaxtlarını özünüz üçün düşünsəniz, bu sizin üçün həmişə yaxşı olacaq.

Özünüz üçün ayırdığınız saatlarda sevdiyiniz işlərlə məşğul olun və ya özünüzə qulluq edin. Bu şəkildə özünüzü daha yaxşı və enerjili hiss edə bilərsiniz.

4 - Hər şeyin yaxşı olacagına inanın
Motivasiya hissini itirdiyiniz zaman hər şeyin mənfi olacağına və yaxşılaşmayacağına inanırsınız. Ancaq unutmayın ki, günün sonunda hər şey düzələcək.

Əgər ailənizdən kiminsə sizə ehtiyacı olduğu üçün işə gecikirsinizsə və ya iş qrafikinizi dəyişməlisinizsə, özünüzü günahlandırmayın. Özünüzə vacib bir səbəbinizin olduğunu xatırladın.

5 - Kitab oxuyun
Kitab oxumaq sizə müxtəlif dünyaları kəşf etməyə, düşüncələrinizi yenidən qurmağa və ya müxtəlif ideyalardan dəstək almağa imkan verir. Özünüzü çox bədbəxt hiss etdiyiniz zaman sevdiyiniz kitabı oxumaq sizi dərhal yaxşı hiss etdirəcək. Bu, ümidsizliyinizi bir kənara qoymağa imkan verəcək. Motivasiyanızın aşağı olduğunu hiss etdiyiniz zaman kitab oxumağa vaxt ayırın.

Günay İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə