İndiyə qədər Qarabağda tapılan minaların sayı AÇIQLANIB

İndiyə qədər Qarabağda tapılan minaların sayı AÇIQLANIB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı indiyə qədər aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, 2020-ci il noyabrın 10-dan 2022-ci il aprelin 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11009, tank əleyhinə 5444 mina və 15020 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 9,568.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə