"May ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, ölkə başçısının da qeyd etdiyi kimi bu evlər məcburi qaçqınlar üçün tikilmişdi, lakin məcburi qaçqınlar inşAllah öz torpaqlarına yaxın gələcəkdə qayıdacaqlar: "Prezidentin qərarı ilə bu mənzillər şəhid ailələrinə və əlillərə təqdim olunur. Bunlar 2 doqquz mərtəbədən ibarət möhtəşəm binalardır. Burada çoxlu sayda müxtəlif otaqlı mənzillər var. Bundan əlavə digər infrastrukturlar inşa edilib, uşaq bağçası xidmət göstərəcək. Bunların hamısı sakinlər üçün nəzərdə tutulub və geniş bir ərazini əhatə edir. Cənab Prezident açılış zamanı Mahir adlı şəhidimizin evində qonaq olub. Onun qəhrəmanlıqlarından bəhs edib, o cümlədən aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Ölkə başçısı burada bildirib ki, indiyə kimi 12 min 500 şəhid ailəsini və əlilləri mənzillə təmin etmişik. Keçən bir il ərzində 1500 mənzil paylanılıb.
Ramazan ayında 200 mənzilin və 50 avtomibilin paylanılmasının özü də islam dəyərlərinə verilən qiymətin göstəricisidir. Şübhəsiz ki, Azərbaycan dövləti bu cür ailələrə sosial dəstək proqramları həyata keçirir. Bütün islahatlar konteksinə nəzər salsaq görərik ki, bütün məsələlər sosialyönümlü xarakter daşıyır, sosial ehtiyacı olan ailələrə dəstək heç bir zaman kəsilmir. Pandemiya dövründə də 100 min nəfəri əhatə edən sosial paket hazırlanmışdı. 150 mindən artıq əhaliyə yardım göstərildi. Təkcə postmüharibə dövründə 3500 mənzil paylanıldı. Bu onu göstərir ki, həssas ailələrə dövlətin qayğısı daim davam edir. Bu məsələlər ölkə başçısının və Mehriban xanım Əliyevanın nəzarətindədir. Hesab edirəm ki, dövlətin bu istiqamətdə fəaliyyəti davam edəcək. Dövlətimiz cənab Prezidentin simasında şəhid ailələrini, qaziləri və əlilləri yüksək qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB