İTSDA-nın atdığı addımlar tibbi sığortanın əlçatanlığını daha da asanlaşdırır - DEPUTAT ŞƏRH ETDİ
“Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin keçirdiyi mətbuat konfransında ölkə ictimaiyyəti və səhiyyə işçiləri üçün olduqca önəmli məsələlər əhalinin diqqətinə çatdırılıb. İlk növbədə hesab edirəm ki, İTSDA-nın çox qısa bir zaman ərzində başladığı fəaliyyətində möhtərəm cənab Prezidentimizin sosial siyasətinin əsas tərkib hissəsi olan səhiyyə sistemimizin İTSDA kontekstində inkişafını müəyyənləşdirən yola nəzər salınmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, qarşıda duran perspektivlər və əvvəki illərdə görülən işlərin hesabatı verilmişdir: “Təbii ki, İTSDA ilk fəaliyyətinə məhz 2016-cı ildə Yevlax şəhərində, mənim təmsil olunduğum bölgə Yevlax və Mingəçevirdən başlamışdır. Yevlax mərkəzi şəhər xəstəxanası yüksək infrastrukturu ilə tibbi sığortanın ilk pilot rayonu olmuşdur. Tətbiq olunan layihənin uğuru tibbi sığortanın bütün ölkə üzrə yayılması üçün bir baza olub.
İTSDA-nın bu gün keçirdiyi mətbuat konfransında qurumun sədri çox mühüm açıqlamalar verib. İlk növbədə 2021-ci ilin hesabatında aydın olub ki, əslində çox böyük bir rəqəmlə, yəni 22 milyondan çox tibbi xidmət əhaliyə göstərilib. Bu bizim ümumi əhalimizin təxminən 42 faizindən çoxunu təşkil edir. Keçən il məhz həkimlərə ödənilən əməkhaqqı 18 faiz artıb. Bunlar 2020-ci il ilə müqayisədə çox böyük rəqəmlərdir. Əlbəttə ki, nəzərə almaq lazımdır ki, bütün bəşəriyyəti təhdid altına alan və insanların həyatına son qoyan dəhşətli bəla ilə mübarizədə məhz həkimlər, onların bacarığı və səyi öndə olmuşdur. Buna görə də həkimlərin, ümumilikdə tibb işçilərinin əməyi yüksək dəyərləndirilməlidir. İTSDA da yaradılarkən məqsəd bu olmuşdur ki, həkimlər əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərərək, onların firavan yaşamalarını təmin etməli və yüksək əməkhaqqı almalıdırlar. Agentlik də məhz bu istiqaməti prioritet tutmuşdur. Nəzərə alsaq ki, tibbi sığortanın bütün ölkə üzrə tətbiqi bir qədər ləngidi. Buna isə pandemiya və s. kimi problemlər səbəb idi. Artıq 2021-ci ilin aprel ayından bütün ölkə üzrə tətbiq olunaraq, böyük işlər görüldü.
Ən vacib məqamlardan biri də burada tibbi xidmətlər zərfinə 2022-ci il üzrə 700 tibbi xidmətin daha əlavə olunması oldu. Bu hədəflərə nail olmaq olduqca çətin idi.
Mən bir neçə gündür artıq Yevlax rayonundayam. Burada ahali ilə görüşlər keçiririk. Mən burda da bir daha İTSDA-nın uğurlu fəaliyyətinin şahidi oldum. Belə ki, bir çox şəhər sakinləri heç bir ödəniş etmədən, məhz tibbi sığorta sayəsində əməliyyat olunduqlarını bildirdilər. Bu hal məni olduqca sevindirdi.
Bu gün keçirilən konfransda ən mühüm məsələlərdən biri də həkimlərin əməkhaqlarının artırılması idi. Belə ki, ümumiyyətlə həkimlərimizin əziyyəti olduqca böyükdür. Bu gün isə artıq onların əməkhaqlarının artırılması ilə bağlı qərarın verilməsi, onlara həm stimul olacaq, həm də İTSDA tərəfindən həkimlərimizin əməyi yüksək səviyyədə qiymətləndiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB