Vaksinasiyanın tamamilə dayandırılmasına heç bir tibbi əsas yoxdur - EKSKLÜZİV - TƏBİB RƏSMİSİ DANIŞDI

Vaksinasiyanın tamamilə dayandırılmasına heç bir tibbi əsas yoxdur - EKSKLÜZİV - TƏBİB RƏSMİSİ DANIŞDI

“Bildiyimiz kimi mayın 1-dən ölkəmizdə qapalı məkanlarda maskanın istifadəsi tələbi aradan qaldırıldı. Biz bir tibbi qurum olaraq, əhaliyə tövsiyə edirik ki, imkan daxilində, çox ciddi isti olmadığı halda, başqa bir narahatçılıq yaranmadığı təqdirdə yenə də maskadan istifadə olunsun”. Bu sözləri SİA-ya açıqlamasında TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, xüsusilə də bu yaşlı insanlara, immun sistemində problemlər olan şəxslərə aiddir. Buna görə də sıxlıq olan qapalı məkanlarda maskadan istifadə olunması tövsiyyə olunur.

Vaksin sertifikatlarının ləğv edilib-edilməməsi ilə bağlı qərar isə Nazirlər Kabineti tərəfindən verilə bilər. Bunun ləğv olunması qərarını yalnız Nazirlər Kabineti verə bilər. Vaksinasiyanın tamamilə dayandırılmasına isə heç bir tibbi əsas yoxdur. Vaksinasiya prosesi davam edir. Burada 4-cü dozadan söhbət getmir, əsas məsələ 3-cü, buster dozanın təminidir. Ola bilər ki, mövsümü olaraq, xroniki xəstəlikləri olan, risk qrupuna daxil olan insanlar yenə də vaksinasiya olunsunlar və bu proses davam edilsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə