1 May Beynəlxalq Zəhmətkeşlər Günü kimi qeyd edilir. Sözügedən bayram dünyanın 80-dən çox ölkəsində fərqli şəkildə keçirilir. Əməksevərlər yürüşlər, paradlar, müxtəlif səpkili tədbirlərlə bu tarixi xüsusi olaraq qeyd edirlər. Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur. Bəs, şəhər sakinləri bu günlə bağlı nə düşünür?
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini Həsən Həsənzadə: “Zəhmət çəkmək həqiqətən də lazımlı və çox vacib bir amildir. Çünki bir çox adam şəraitinin yaxşı olmamasından, yaxşı işinin olmamasından şikayətlənir. Amma vaxtilə əziyyət çəkib, bütün bunları öz zəhməti ilə qazanan insanlar şikayətlənmir. Çünki həmin insanlar çox yaxşı bilirlər ki, bu gün çəkdiyi əziyyətin bəhrəsini gələcəkdə görəcək. Bu baxımdan xüsusilə gənclərə gənc yaxşlarından əylənməklə yanaşı, həmçinin biraz da əziyyət çəkməyi, öz üzərlərində işləməyi məsləhət görürəm”.
Şəhər sakini Hədiqə Əliyeva: “Azərbaycan xalqı çox zəhmətkeş, əməksevər xalqdır. Nəinki biz, ümumilikdə bütün dünya bunu çox yaxşı bilir. Xüsusilə də İkinci Qarabağ müharibəsində də biz Azərbaycan xalqının birliyini, iradəsini, zəhmətkeşliyini bir daha bütün dünyaya göstərdik. Bu gün 1 May – Zəhmətkeşlər günüdür. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.
Şəhər sakini Araz Həmidzadə: “Azərbaycan xalqı zəhmətkeş xalqdır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Həqiqətən də bu gün əziyyət çəkən, zəhmət çəkən gələcəkdə nə vaxtsa, qat-qat qarşılığını görür. Daim üzərində işləmək, əziyyət çəkmək bizə xas olan xüsusiyyətdir. Əminliklə deyə bilərəm ki, əgər, bu gün zəhmət çəkirsənsə, nə vaxtsa qarşılığını görəcəksən. Elə bu gün 1May – Zəhmətkeşlər günüdür. Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusilə bu gün zəhmət çəkənləri təbrik edirəm”.
Şəhər sakini Yeganə Bağırova: “Bu gün Zəhmətkeşlər günüdür. Doğrudur, bu bayram sovetin vaxtında daha təntənəli şəkildə qeyd edilirdi. Həmin dövrdə məktəblilər, tələbələr piknik edirdilər. Onlar həm yayın gəlişini, həm də bu bayramı keçirirdilər. Bundan əlavə bu gün münasibətilə iməcliklər keçirilirdi. Bu bayram gənclərə zəhmət çəkməyi, təlim-tərbiyə, əməksevərlik mövzusunda nümunəvi bayramdır”.
Şəhər sakini Hicran Məmmədov: “Uşaqlıq illərimdən bu günə kimi zəhmət çəkərək öz pulumu qazanmağa çalışmışam. Həqiqətən də, zəhmət çəkmək, nəyinsə üzərində işləmək çox yaxşı bir amildir. Çünki insan bunun qarşılığını nə vaxtsa, görür. İndiki gənclərə də zəhmət çəkmələrini, ən azından öz üzrəində işləmələrini tövsiyə edirəm. Çünki onlar başa düşə bilmirlər ki, indi çəkdikləri əziyyətin bəhrəsini nə vaxtsa görəcəklər”.
Şəhər sakini Fatimə Hacıyeva: “Ümumiyyətlə türk milləti olaraq biz çox zəhmətkeş millətik. Bütün dünya bunu çox yaxşı bilir. Hətta İkinci Qarabağ müahribəsində arxa cəbhədəki insanların əziyyəti hər kəsə məlumdur. Biz hər il ailəmlə bu günü qeyd edirik. Bu bayram münasibətilə bütün əməksevərləri təbrik edirəm".
Şəhər sakini Səidə Quliyeva: “Bu gün Zəhmətkeşlər günüdür. Bu bayram keçmişdə böyük təntənə ilə qeyd olunurdu. Paradlar, yürüşlər, iməcliklər keçirilirdi. İndiki gənclər bu bayramı bilməz. Amma köhnə adamlar bu günü çox yaxşı bilirlər. Ümumiyyətlə Azərbaycan xalqı çox zəhmətkeş bir xalqdır. Bu bayram münasibətilə bütün zəhmətkeş insanları təbrik edirəm”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB