89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində Göyçay şəhər 1 saylı və Ağdaş rayon Birinci kənd tam orta məktəblərində pedaqoji və şagird kollektivi ilə bir sıra görüşlər keçirib.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd edib. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulanıb.
M.Əfəndiyev təhsil müəssisələrində tədris prosesi, məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.
Sonra millət vəkili Ağdaş rayon Birinci Aral kənd İcra Nümayəndəliyində keçirilən qəbul zamanı Birinci və İkinci Aral kənd ağsaqqaları, bir qrup kənd zəhmətkeşləri ilə görüşərək onların suallarını cavablandırıb. Qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənilib, onları narahat edən müxtəlif problemlər diqqətə götürülüb.
Qeyd edək ki, keçirilən görüşlərdə ümumilikdə 50-yə yaxın seçici dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB