Bağırsaq qurdlarının təmizlənməsi üçün hansı qidalardan istifadə etməli? - MÜTƏXƏSSİS AÇIQLADI
“Ümumiyyətlə birinci növbədə qidalanmaya fikir vermək lazımdır. Qidalanmada əsas mövsümündə yeyilən nar qurdlar üçün çox faydalıdır. Tezliklə mədə-bağırsağın qurdlardan təmizlənməsinə kömək edir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, eyni zamanda kakos yağı da çox faydalıdır: “Onun tərkibində həddindən artıq çox antioksidanlar var və antioksidanlar da bağırsaqların təmizlənməsinə də kömək olur. Balqabaq tumu da çox faydalıdır və səhərlər ac qarına balqabaq yağından da içməklə bu bəladan xilas olmaq olur. Daha sonra sarımsaq güclü antioksidant olduğu üçün bağırsaq qurdlarının təmizlənməsinə olduqca kömək olur. Bu qidalardan faydalanmaq üçün onlardan mütəmadi olaraq istifadə olunması tövsiyyə olunur. Hətta ya bir həftə ard-arda istifadə edib, iki-üç gün aradan sonra yenidən istifadə etmək olar və yaxud da davamlı olaraq istifadə etmək olar. Daha sonra kök də çox faydalıdır. Kökdən istifadə etdikdə yaxşı olar ki, onun şirəsi qəbul olunacaqsa, bir stəkan kök şirəsinə bir qaşıq zeytun yağı əlavə edərək, qəbul etmək daha faydalıdır. Çünki tərkibindəki “A” vitamini həm parazit yumurtalarının böyüməsinə mane olacaq, eyni zamanda “C” vitamini isə immun sistemini də gücləndirir. Bunun sayəsində də bağırsaqların sağlamlığı təmin olunur.
Eyni zamanda bağırsaqlardakı qurdların təmizlənməsi üçün acı bibər də olduqca faydalıdır. Lakin mədəsində problem olanlar, tez həzm olunan yüngül qidalarla qəbul olunması məshələt görülmür. Çuğunduru da həm şirə, həm də çiy şəkildə qəbul etmək bağırsaqlar üçün vacibdir.
Ədviyyatlardan isə daha çox sarıkök bağırsaqların qurdlardan təmizlənməsi baxımından xeyirlidir. Bütün bunlarla yanaşı gigiyena qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Bu problemdən əziyyət çəkən əgər ailənin bie fərdidirsə, mütləq bütün ailə üzvləri də eyni zamanda müalicə olunmalıdır. Yataq dəsti tez-tez dəyişdirilməlidir, hətta bəzən üç gündən bir tezliklə dəyişdirilməsi daha məsləhətlidir. Mütləq otaqlar tez-tez havalandırılmalıdır. Otaqlar oksigenlə təmin olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB