Balın faydaları nələrdir? - MÜTƏXƏSSİS AŞIQLADI

Balın faydaları nələrdir? - MÜTƏXƏSSİS AŞIQLADI

"Hazırda ölkəmizdə təmiz bal tapmaq elə də asan deyil. Düzdür arıçılıq sahəsi bu işlərlə məşğuldur, amma bal alarkən də onun həqiqi olduğuna əmin olub almaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bal təbii antioksidantdır: "Bal sərbəst radikallara qarşı mübarizə apara bilir, immun sistemini gücləndirir, bərpa edir. Hətta tərkibində kalsium olduğu üçün beyin fəaliyyətini gücləndirir. Çox vaxt baldan kosmetik vasitə kimi də istifadə olunur. Dərinin gözəlləşdirilməsində balın rolu var. Əlbəttə ki söhbət təmiz baldan gedir. Cildin qidalanmasında da balın böyük rolu var. Eyni zamanda bal yanıq ləkələrini aradan qaldırır.
Bal həmçinin diyeta saxlayan insanlar üçün də faydalıdır. Bal və darçını qarışdırıb istehlak etmək məqsədə uyğundur. Həmçinin limon ilə balı da qarışdırıb istehlak etmək olar ki, bu da diyeta saxlayan insanlar üçün faydalıdır. Bu qarışımlar artıq piylərin, yağları, pis xolestrinlərin parçalanmasına yardım edir.

Şəkərli diabetdən əziyyət çəkənlər, insulin dirənci olanlar üçün bal həkim məsləhəti ilə istehlak olunmalıdır. amma nəzərə alaq ki, bal boş karbohidrat deyil, faydalı karbohidratdır. amma nə qədər faydalı olsa da şəkər xəstələri üçün faydalı deyil".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə