Bu günümüzü ona borcluyuq - DEPUTAT ŞƏRH ETDİ

Bu günümüzü ona borcluyuq - DEPUTAT ŞƏRH ETDİ

“Qarşıdan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin doğum günü gəlir. Heydər Əliyev hər birimizin siyasi kursunda örnək götürəcəyimiz biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan, xalqımız üçün bütün işləri görən liderimizdir: “Azərbaycanın bugünkü siyasətinin, uğurlu gənclərinin, bugünkü qələbəmizin banisi məhz Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyevin siyasətinin davamıdır ki, bu gün Ali Baş Komandanımız İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu gün o dahi şəxsiyyəti hər birimiz ehtiramla anırıq. Bu günümüzü ona borcluyuq. Məhz Heydər Əliyevin rəhbərliyi olan dövrdə insan hüquqları çox vacib bir məsələ olub və hər zaman bu məsələni diqqətdə saxlayıb. Bu gün də biz həmin kursu davam etdirməyə çalışırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə