"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib - YENİLƏNİB- FOTOLAR

"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib - YENİLƏNİB- FOTOLAR

Bu gün "Ü.Hacıbəyli-68" ƏPT və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Pedaqoji Universitetində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir təşkil olunub. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, millət vəkili Əziz Əkbərli, AzTV-nin əməkdaşı Rafiq Həşimov və şəhid ailələrinin üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhid analarını salamlayaraq, tədbirin mövzusunun çox mənalı olduğunu qeyd edib. Onun sözlərinə görə, həqiqətən də şəhidlər ölmür, vətən bölünmür:"Biz bu gün bir xalq olaraq bütün dünyada qürur hissi ilə yaşayırıq. Bu zəfəri xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, canından və qanından keçmiş şəhdilərimizə, qazilərimizə borcluyuq. Əgər onlar olmasaydı biz bu gün fəxr hissi ilə yaşaya bilməzdik. Biz hər birimiz torpaqları qorumaq üçün və bayrağımızı yüksəklərdə dalğalandırmaq məqsədi ilə əlimizdən gələni etməliyik. İnsan torpağını qorumaq üçün düzgün vətəndaş olmalıdır. Azərbaycan gəncliyinin bütün dünyaya şəhidlərimizi tanıtması və əsl həqiqətləri çatdırması üçün şəraitlər mövcuddur. Bu gün Azərbaycanın yetəri qədər potensial gəncləri var ki, onlar Azərbaycanın qeyrətini çəkir və canını bu torpaq uğrunda fəda etməkdən çəkinmir. 30 il həsrətini çəkdiyimiz Qarabağ torpaqları şəhidlərimiz və qazilərimiz hesabına bizə geri qayıtdı. Məhz onlar naminə hər zaman bayrağımızı ucalarda dalğalandırmalıyıq. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, Azərbaycanla heç kim zor dilində danışa bilməz. Bunun üçündə biz ölkə başçısının tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq. Mən burada əyləşən şəhid anaları ilə dəfələrlə görüşmüşəm. Allah şəhid ailələrinə səbr, şəhidlərimizə rəhmət, qazilərimizə can salığı versin".

Tədbirdə çıxış edən millət vəkili Əziz Ələkbərli hər kəsi salamlayaraq, şəhid analarının qarşısında baş əyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan tarixin möhtəşəm günlərindən birini yaşayır: "Biz hamımız bu dünyadan köçüb getsək də torpaqlarımızı canı və qanı bahasına geri alan şəhidlərimizə ömrümüzün sonuna kimi borclu olacayıq. 44 günlük Vətən müharibəsində biz ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, millətimizin qürurunu da özünə qaytardıq. Həmçinin 200 illik erməni faşizminin qarşısını aldıq. Ermənilər heç vaxt ağıllanmayacaq. Onlar hər zaman türklərin qanını içməyə hazırdır. Biz bütün fəaliyyətimiz boyu onlarını xislətini nəzərə alıb, hərəkət etməliyik. Mən YAP Səbail rayon təşkilatına və Azərbaycan Pedaqoji Universitetinə öz minnətdarlığımı bildirirəm ki, bu cür tədbir təşkil ediblər. Biz hər zaman çalışırıq ki, şəhid ailələrinin yanında olaq. Övlad itirmək asan deyil. Bunun üçün də şəhid ailələrinə mənəvi dəstək lazımdır. Dövlətimiz şəhid ailələri üçün əlindən gələni edir. Milli məclisdə də müzakirəyə çıxartdığımız mövzular cəmiyyətin sosial rifahı naminə tərtib olunur. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Daha sonra tədbirdə iştirak edən AZTV-nin əməkdaşı Rafiq Həşimov 44 günlük Vətən müharibəsində yaşadığımız günlərin hər birimizin xatirəsində olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan radiosu və televiziyası həmin dönəmlərdən səhər tezdəndən gecəyə kimi işləyirdi: "Hər kəs öz cəbhəsində vəzifəsini yerinə yetirirdi. Vətən müharibəsindən sonra həmin dövrün xatirəsini əks edirən ümumi bir kadr hazırladıq. Biz bunu müəyyən dövrlərdə səsləndirdik".

Daha sonra Raqif Həşimov həmin video-çarxı tədbir iştirakçılarının nəzərinə çatdırmaq məqsədi ilə nümayiş etdirib.

Sonda isə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı və şəhid anaları çıxış edərək, tədbir barədə öz ürək sözlərini bildiriblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə