“Vərdiş” Narkotikə yox de!” adlı tədbir keçirilib - YENİLƏNİB

“Vərdiş” Narkotikə yox de!” adlı tədbir keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Narkozimlə Mübarizə" İctimai Birliyinin təşkilatçılığı ilə “Vərdiş” Narkotikə yox de!” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə millət vəkilləri Vüqar İskəndərov, Jalə Əhmədova, tanınmış sima Ruhi Əliyeva və tələbələr iştirak edib.

Tədbir filmin təqdimatı ilə başlayıb. Daha sonra "Narkozimlə Mübarizə" İctimai Birliyinin sədri Kənan Qubadzadə hər kəsi salamlayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Millət vəkilləri isə narkomaniya ilə mübarizə barəsində müxtəlif istiqamətlərdə çıxış edib. Tədbirdə narkomaniya ilə mübarizədə hər zaman öz dəstəyini göstərən media nümayəndələri də təltif edilib.

Sonda isə Ruhi Əliyevanın narkomaniya ilə bağlı hazırlanmış video-çarxı izlənərək, xatirə şəkli çəkilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə