Bizə sağlam vətəndaş lazımdır

Bizə sağlam vətəndaş lazımdır

“Gənclər öz əhatələrini müəyyənləşdirir, yollarını seçirlər. Bizim yoldaşlıq etdiyimiz insanlar sağlam düşüncəlidirsə, bu zaman artıq biz bu cür bəlalardan azad olacağıq”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Narkozimlə Mübarizə" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat universitetində "Vərdiş" Narkotikə yox de!" adlı tədbirdə millət vəkili Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, gənclərə hər zaman məsləhət verilir ki, ətrafını düzgün seçsin: “Düşünürəm ki, narkomaniya ilə mübarizə istiqamətində sosial çarxları artırmaq lazımdır. Çünki gənclərin böyük əksəriyyəti günlərini sosial şəbəkələrdə keçirirlər. Buna görə də bu cür sosial çarxlar mühüm əhəmiyyət daşıyır. Bizim borcumuzdur ki, vətəndaşlarımızı qoruyaq, onları sağlam görək. Çünki bizə sağlam vətəndaş lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə