Bir cümləniz qarşı tərəf üçün böyük bir motivasiya ola bilər - DEPUTAT DANIŞDI
“Birinci növbədə valideynlər narkomaniya mövzusunda önəmli faktordur. Başa düşürəm, hər kəs ailəsinə çörək pulu qazanmaq üçün əziyyət çəkir. Lakin valideynlər başa düşməlidirlər ki, ailədə ilk növbədə öz övladlarına zaman ayırmalıdırlar”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Narkozimlə Mübarizə" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat universitetində "Vərdiş" Narkotikə yox de!" adlı tədbirdə Jalə Əhmədova bildirib.
Onun sözlərinə görə, hətta valideynlər bəzən mənim uşağım etməz fikrində olurlar: “Amma başa düşmək lazımdır ki, bu bəlaya hər yaş qrupu, istənilən bir zamanda ani bir iradəsizliklə düçar ola bilər. Buna görə də ilk növbədə qayğı göstərmək lazımdır. Cəmiyyətdə ilk növbədə qınaq olmalıdır. Gənclər olaraq, əgər sizin ətrafınızda bu bəlaya düçar olan şəxslər varsa, bunu mütləq onların valideynlərinə bildirmək lazımdır. Görürüksə ki, bu insanlar özlərini uçuruma aparırlar, onları mütləq şəkildə bu yoldan döndərməliyik. Bunu isə bəzən siz gənclər daha yaxşı bacara bilərsiz. Bəzən sizin bir cümləniz qarşı tərəf üçün böyük bir motivasiya ola bilər. Buna görə də ətrafa qarşı biganə olmamaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB