“Həyatda uğur qazanan insanlar heç bir zaman narkoman ola bilməz. Sizinlə açıq danışmaq lazımdır. Deyirlər ki, narkotik maddələri bir dəfə istifadə edən kimi narkoman olursan”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Narkozimlə Mübarizə" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat universitetində "Vərdiş" Narkotikə yox de!" adlı tədbirdə millət vəkili Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, bir dəfə ilə insan narkoman olmur: "Amma bir müddət, 3-cü istifadədən sonra ölümcül, şiddətli ağrılardan azad olmaq üçün o məhsulu axtarmağa çalışırsan. İnsan məxluqa çevrilir, bütün dəyərlərdən uzaqlaşır. Pul axtarır, hətta öz evindən belə oğurluq edir. Bu zaman isə cinayətə meyilli olur. Bir müddət sonra isə cinayət etməyə belə halı olmur. Eyni zamanda bir müddət sonra narkomanlar mənini tamamilə unudur. Bu zaman uğurdan deyil, insanlıqdan belə danışmaqdan söz gedə bilməz. Əziz gənclər, siz çalışın təhsilinizi davam etdirin. Düzdür, hər kəs təhsil almaq məcburiyyətində deyil heç kim, lakin yararlı bir vətəndaş olmaq lazımdır. Bu məsələdə isə gənclik daha çox təhlükə altındadır. Çünki gənc yaşında insan daha çox təsir altına düşə bilir. Bunlardan uzaq olmaq üçün təhsil almaq və idmanla məşğul olmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB