Hələ də bu bəlanın sonuna çata bilməmişik

Hələ də bu bəlanın sonuna çata bilməmişik

"“Narkozimlə Mübarizə" İctimai Birliyi dərin bəlayla təbliğat işi aparan bir qurumdur”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Narkozimlə Mübarizə" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat universitetində "Vərdiş" Narkotikə yox de!" adlı tədbirdə İctimai Birliyinin sədri Kənan Qubadzadə deyib.

Onun sözlərinə görə, bir çox təşkilatlarla narkotiklə mübarizə ilə bağlı əməkdaşlıq edirik: "Sizi narkomaniya ilə mübarizə haqqında çəkilən qısametrajlı filmin təqdimatı üçün dəvət etmişik. Ümumiyyətlə narkomaniya ümumbəşəri bəladır. Hüquq-mühafizə orqanları bu istiqamətdə bir çox işlər görür. Düşünürük ki, belə layihələrin icrası geniş olsa belə, hələ də bu bəlanın sonuna çata bilməmişik. Eyni zamanda Daxili İşlər Nazirliyinin də bu istiqamətdə yayımladığı bir çox videoroliklər var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə