Yasamalda Ulu Öndərin doğum gününə həsr olunmuş idman yarışları keçirilir - FOTOLAR
Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir. Qeyd edək ki, bu gün basketbol idman növü üzrə yarışlara start verilib.
Yarışları izləmək üçün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, İdman Məktəbinin direktoru Əjdər Cəfərov Əjdər Cəfərov və qonaqlar iştirak ediblər.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yarış iştirakçılarını və qonaqları salamlayaraq bildirdi ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov başda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, yarış iştirakçıları və qonaqları salamlayaraq qeyd etdi ki, Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir və bu gün bu tədbirlər Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən İdman Məktəbinin direktoru Əjdər Cəfərov başda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev , Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, yarış iştirakçıları və qonaqları salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğu indi Azərbaycan dünyada sayılıb-seçilən, özünəməxsus çəkisi olan idman ölkəsi kimi tanınır. Geridə qalan illərdə qazanılan böyük idman uğurları, ölkəmizdə keçirilən mötəbər idman yarışları bunun ən böyük sübutudur. Dünya və Avropa çempionatlarında, Qran-pri yarışlarında və ən əsası, “dördilliyin” ən böyük idman tədbiri Olimpiya Oyunlarında, Paralimpiya Oyunlarında qazanılan medalların, uğurlu nəticələrin sayı ildən-ilə artır. Bu nəaliyyətlər hal-hazırda Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB