Bu dəyişikliklər nəticəsində ailənin sosial imkanları genişlənir - DEPUTAT ŞƏRH ETDİ

Bu dəyişikliklər nəticəsində ailənin sosial imkanları genişlənir - DEPUTAT ŞƏRH ETDİ

"“Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə edildi və qəbul olundu. 10 maddə və 43 dəyişiklik təklif edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklərin hər biri vətəndaşların xeyrinədir: “Bu dəyişikliklərdən biri vəfat etmiş ailə başçısının pensiyasının onun ailə üzvləri arasında bölüşdürülməsidir. Mövcud qanuna görə, vəfat etmiş ailə başçısının pensiyası kişi vəfat edibsə, onun xanımına, uşağı varsa, uşağına verilir. O şərtlə ki, qadın gərək pensiya yaşında olsun və yaxud da əlilliyi olsun ki, pensiya ala bilsin. Amma qadın özü pensiya yaşına çatıbsa, pensiya almaq hüququ əldə edibsə, bu zaman artıq özünün hüququ olan pensiya və sosial müavinətini ala bilmir. Yalnız bir pensiya növü ala bilirdi. Ailədə uşaqlardan biri sağlamlıq imkanları məhdud uşaqdırsa, o da müavinət ala bilmirdi. Yalnız ailə başçısı vəfat etdiyinə görə pensiya ala bilirdilər. İndiki halda isə hər iki hüquq verilir. Həm ailə başçısını itirməyə görə pensiya almaq olur. Həm də ailə üzvünün pensiya hüququ yaranırsa, əlil uşaq varsa, o da öz müavinəti ala biləcək.
Bu dəyişikliklər nəticəsində də artıq ailənin sosial imkanları genişlənir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə